İstintaq Komitəsi Dağıstandakı iğtişaşlarda fəal iştirak edən 20-dən çox şübhəli şəxsi müəyyənləşdirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a RF İK-nin mətbuat xidməti məlumat verib.
“Bu günə kimi iğtişaşların fəal iştirakçıları olan 20-dən çox şübhəli şəxsin şəxsiyyəti müəyyən edilib. İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində dəymiş ziyan yüz milyonlarla rubl təşkil edib. Lazımi ekspertizalar təyin edilib”.
İdarədən bildirilib ki, cinayət işi çərçivəsində istintaq iğtişaşlar zamanı hava limanında olan onlarla şəxs dindirilib, həmçinin müşahidə kameralarının məlumatları, şahid və şahidlərin, zərərçəkmişlərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələri təhlil edilib.