NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Livanın “Hizbullah” şiə hərəkatının baş katibi Həsən Nəsrullah bildirib ki, onun təşkilatı İsrail Müdafiə Ordusunun (İDF) bir hissəsini Livanla sərhədə çəkib.
Onun sözlərinə görə, “Hizbullah” özünü təhlükə və riskə məruz qoyur, lakin bu risk “faydalı və zəruridir”, çünki hərəkat İsrail ordusunun üçdə birini Livan sərhədinə çəkə bilib.
Nəsrullahın qeyd etdiyi kimi, təşkilatın gecikdirdiyi İsrail qüvvələri Qəzza zolağına qarşı əməliyyatda iştirak etməli idi.
Noyabrın 3-də Həsən Nəsrullah Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda çıxış edib.
Livan səlahiyyətliləri daha əvvəl müharibəyə girmək istəmədiklərini vurğulamışdılar. Ölkənin baş naziri Nəcib Mikati Livan döyüşlərə başlayacağı təqdirdə Yaxın Şərqin xaosa qərq olacağını bildirib.