ABŞ Ukraynaya 125 milyon dollarlıq daha bir yardım paketi göndərirbackend

ABŞ Ukraynaya 125 milyon dollarlıq daha bir yardım paketi göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika administrasiyası Ukraynaya 125 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərir ki, bu da hava hücumundan müdafiə sistemləri, silah və avadanlıqlar daxildir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, “bu gün Birləşmiş Ştatlar Ukrayna xalqını öz ölkəsini müdafiə edərkən onlara dəstək olmaq üçün yeni silah və texnika paketi təqdim etdiyini elan edir”. Amerika diplomatiyasının rəhbəri əlavə edib ki, 125 milyon dollar dəyərində hərbi yardım digər məsələlərlə yanaşı, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yönəlib.

ABŞ Ukraynaya 125 milyon dollardan əlavə Pentaqona daha 300 milyon dollar ayırır ki, Kiyev üçün silah alınması üçün müqavilələr bağlansın.