“Hizbullah” ın lideri İsraillə genişmiqyaslı müharibə ehtimalını açıqlayıbbackend

“Hizbullah”ın lideri İsraillə genişmiqyaslı müharibə ehtimalını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Livanın “Hizbullah” şiə hərəkatının baş katibi Həsən Nəsrullah İsraillə genişmiqyaslı müharibə ehtimalını real adlandırıb. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Bu cəbhənin daha da eskalasiyaya və ya genişmiqyaslı müharibəyə keçməsi ehtimalı ilə bağlı narahatlıq var. Bu ehtimal realdır, ola bilər”, – baş katib bildirib.

O, həmçinin İsraili “bütün bunları nəzərə almağa” çağırıb.

Noyabrın 3-də Livanın Hizbullah partiyasının baş katibi Həsən Nəsrullah Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda çıxış edib.

Livan səlahiyyətliləri daha əvvəl müharibəyə girmək istəmədiklərini vurğulamışdılar. Ölkənin baş naziri Nəcib Mikati Livan döyüşlərə başlayacağı təqdirdə Yaxın Şərqin xaosa qərq olacağını bildirib.