28 gündə Qəzzaya iki atom bombası atıldıbackend

28 gündə Qəzzaya iki atom bombası atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-dən gecə-gündüz Qəzzanı bombalayan İsrail iki atom bombasının gücünə bərabər 25 ton partlayıcı atıb.

İsrailin HƏMAS-ın hücumunu bəhanə edərək blokadada olan Qəzza zolağının bombardmanlarına başlamasından 28 gün keçir.

Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamada İsrail ordusunun Qəzzaya 25 ton partlayıcı ilə hücum etdiyi bildirilib. Bunun təxminən 2 atom bombasının gücünə bərabər olduğu qeyd edilib.

İsrail, evlər, ictimai obyektlər, məktəblər və xəstəxanalar kimi mülki əraziləri hədəf alaraq Qəzzaya 12 mindən çox hava zərbəsi endirib.