Səid, İsraillə normallaşmanın cinayət sayılacağı qanun layihəsinin parlamentdə müzakirə edildiyini və bu məsələ ilə bağlı mövqelərinin dəyişmədiyini bildirib.
NOCOMMENT xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı Əqsa tufanı əməliyyatına başlayıb.
İsrail bu hücuma hava əməliyyatları ilə cavab verib. Hava hücumları ilə yanaşı dəniz və quru əməliyyatları da həyata keçirən İsrail minlərlə dinc sakinin həyatını itirməsinə səbəb olub.
İsrail 29-cu gündür qırğınlarını davam etdirərkən, dünyanın bir çox ölkəsi bu hücumlara reaksiya verir. Buna reaksiya verənlərdən biri də Tunis prezidenti Kays Səid olub.