Kəlbəcərdə saxlanılan Xocalı qatili Madat Babayana bu qədər İŞ VERİLƏCƏK – AÇIQLAMAbackend

Kəlbəcərdə saxlanılan Xocalı qatili Madat Babayana bu qədər İŞ VERİLƏCƏK – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir. Bu barədə DTX məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.

Bəs Babayan Madat Arakeli təqsirli bilindiyi halda neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?

NOCOMMENT.az xəbər verir ki, Məsələ ilə bağlı danışan vəkil Turan Abdullazadə Referans.az-a bildirib ki, həmin şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsinə əsasən təqsirləndiriləcək:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə—üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda – on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan şəxslər bu maddələrdən əlavə digər maddələrdə nəzərdə tutulmuş cinayətləri törətməkdə də təqsirləndirilə bilər.

Habelə qeyd olunmalıdır ki, cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə, habelə xüsusi amansızlıqla törədilməsi cəzanı ağırlaşdıran haldır.

Çoxsaylı cinayətləri törətməkdə təqsirləndirilən və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan həmin şəxslərin təqsirli olması mötəbər sübutlarla öz təsdiqini taparsa cinayətlərin məcmusu qaydasında barələrində məhkəmə tərəfindən ittiham hökmü çıxarıla bilər – deyə Turan Abdullazadə əlavə edib.