Qətər XİN: Qəzza zolağında girovların azad edilməsinə maneələrin adını açıqlayıbbackend

Qətər XİN: Qəzza zolağında girovların azad edilməsinə maneələrin adını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına davam edən zərbələri radikal Həmas hərəkatının saxladığı girovların azad edilməsi prosesinə mane olur. Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qətər Xarici İşlər Nazirliyi bildirib ki, idarənin rəhbəri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Əmmanda ABŞ dövlət katibi Entoni Blinkenlə görüş keçirib. Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatı tərəfindən saxlanılan insanların azad edilməsi məsələsi müzakirə edilib.

Diplomatların sözlərinə görə, Əl Tani amerikalı həmkarı ilə söhbətində Dohanın girovların azad edilməsinə kömək etməyə çalışdığını təsdiqləyib. Eyni zamanda, bombardman onların azad edilməsi prosesini çətinləşdirir və Qəzzadakı humanitar fəlakəti daha da ağırlaşdırır,