HƏMAS İsraili Qəzzadan əcnəbilərin təxliyəsi ilə bağlı razılaşmaları pozmaqda ittiham edibbackend

HƏMAS İsraili Qəzzadan əcnəbilərin təxliyəsi ilə bağlı razılaşmaları pozmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstin HƏMAS hərəkatı əcnəbilərin Fələstin anklavından çıxarılması müqabilində Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından yaralıların təxliyyə edilməsinə razılıq verib, lakin razılaşma baş tutmayıb.Bu barədə hərəkatın nümayəndəsi Usama Həmdan bildirib.

“Biz Qəzzada olan əcnəbilərin,yaralı fələstinlilərin Rəfah keçidindən Misir ərazisinə daşınması müqabilində təxliyə edilməsinə razılaşdıq, lakin İsrail razılaşmanı pozdu”.- deyə bildirib.

Usama Həmdan hesab edir ki, Misirin Qəzza ilə sərhədindəki “Rafah” nəzarət məntəqəsi tam açılmalıdır. Bundan əlavə, o, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edərək, bu təşkilatların işçilərindən “yaralı fələstinliləri daşıyan təcili yardım qruplarını müşayiət etmələrini”xahiş etdi.