İsrail ordusu ölkənin şimalında müharibə ehtimalı ilə bağlı sualı cavablandırıbbackend

İsrail ordusu ölkənin şimalında müharibə ehtimalı ilə bağlı sualı cavablandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant ölkəsinin şimal sərhədində müharibədə maraqlı olmadığını, lakin “Hizbullah” hərəkatına qarşı özünü müdafiə etməyə hazır olduğunu bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz şimal sərhədimizi qoruyuruq və Qəzzada əməliyyatlar aparırıq – bunlar bizim prioritetlərimizdir”, –  deyə bildirib.

Qallant vurğulayıb ki, İsrail şimal sərhədində müharibədə maraqlı deyil, lakin istənilən mümkün missiyaya hazırdır.

“İsrail Hərbi Hava Qüvvələri şimalı “Hizbullah”dan qorumaq imkanlarını qoruyur”, – o vurğulayıb.