Putin 2024-cü ildə keçiriləcək seçkilərə namizədliyini açıqlamayıbbackend

Putin 2024-cü ildə keçiriləcək seçkilərə namizədliyini açıqlamayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamayıb.

NOCOMMENT.az xəbər verir ki,  bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Belə ki, o , mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini bildirən “Reuters”in nəşrini şərh edib .

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Və kampaniyanın özü də hələ rəsmi olaraq elan edilməyib”, – Kreml sözçüsü bildirib.

Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.