ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidanla görüşündən sonra Ankaranı tərk edib.
NOCOMMENT.az xəbər verir ki, görüş saat 11:38-də Xarici İşlər Nazirliyində başlayıb.
İki nazirin təkbətək və nümayəndə heyətləri arası görüşləri təxminən 2,5 saat davam edib.
Görüşdən sonra heç bir açıqlama verilməyib.