HƏMAS İsrailin Qəzza zolağına atdığı partlayıcıların miqdarını açıqlayıbbackend

HƏMAS İsrailin Qəzza zolağına atdığı partlayıcıların miqdarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib ki, oktyabrın 7-də münaqişənin gərginləşməsi başlayandan bəri İsrail Qəzza zolağına 35 min ton partlayıcı atıb. Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

“İşğalçılar Qəzza zolağına 35 min ton partlayıcı atıblar ki, bu da nüvə bombasının istifadəsindən artıqdır”.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.