NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri (AFU) pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Bryansk vilayəti ərazisinə uğursuz hücum cəhdi edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.
Məlumatda deyildiyi kimi, hadisə noyabrın 7-də axşam saat 17:00 radələrində baş verib. Bölgədə hava hücumundan müdafiə sistemləri işə salınaraq, Ukraynaya məxsus pilotsuz təyyarənin Rusiya hədəflərini vurmasının qarşısını alıb.
“Ukraynaya məxsus pilotsuz uçuş aparatı Bryansk vilayətinin ərazisində məhv edilib”, – hərbi idarə vurğulayıb.
Nazirlik onu da aydınlaşdırıb ki, söhbət təyyarə tipli PUA-lardan gedir. İnsidentlə bağlı digər təfərrüatlar barədə məlumat verilməyib.