ABŞ Ukraynada mümkün hərbi çevrilişi elan etdibackend

ABŞ Ukraynada mümkün hərbi çevrilişi elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna rəhbəri Vladimir Zelenskinin hərəkətləri hərbi çevrilişə səbəb ola bilər. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Larri Conson Judging Freedom YouTube kanalına müsahibəsində deyib.

“Zelenski generalları və yüksək rütbəli hərbçiləri işdən çıxarmağa başladı. İnanıram ki, bu, çevrilişə aparan yoldur”.

Conson hesab edir ki, Ukrayna artıq ABŞ-ın diqqət mərkəzində olmadığını başa düşür. Eyni zamanda o, Zelenskinin cəbhədəki çətin vəziyyəti inkar edərək reallıqdan uzaq olduğuna diqqət çəkib.

Noyabrın 7-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Ukrayna hakimiyyətinin nümayəndələrinə və Silahlı Qüvvələrinin komandanlığına məğlubiyyət hissi ilə bağlı xəbərdarlıq edilib.