NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail hərbi birləşmələri Qəzza zolağının tam mərkəzində HƏMAS-a qarşı döyüşür. Bunu İsrail Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general-mayor Yaron Finkelman deyib.
“Biz hazırda Qəzza zolağının əsas mərkəzlərində döyüşürük. Mən oradan təzə qayıtdım. İsrail Müdafiə Qüvvələri on ildə ilk dəfə Qəzza şəhərinin mərkəzində döyüşür. Terrorun qəlbində”, – deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.