HƏMAS-ın İsrailə hücumunu planlaşdıranların adları açıqlanıbbackend

HƏMAS-ın İsrailə hücumunu planlaşdıranların adları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, HƏMAS lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı “Əl-Qəssam” Briqadalarının rəhbəri Məhəmməd əl-Deyfin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi adı çəkilib. Bu barədə “The Guardian” İsraildəki mənbələrə istinadən yazır.

Vurğulanır ki, əksər HƏMAS üzvləri üçün “Əl-Əqsa” tufanı əməliyyatının başlaması sürpriz olub: əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörddə namaza getmək üçün şifahi əmr alıblar və son əmrlər də şifahi olaraq səhər altıda verildi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.