Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 29 mövqe genişləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Britaniya Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqına qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar həmçinin UMMC, Rusiyanın Milli Təkrar Sığorta Şirkəti, Krastsvetmet və Nord Gold şirkətlərinə qarşı da tətbiq edilib.
London Rosfinmonitorinqin direktoru Yuri Çixançinə qarşı sanksiyalar tətbiq edib.