Livan ərazisindən raket hücumu nəticəsində 2 İsrail əsgəri yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ordu açıqlama yayıb.
Biri orta, digəri yüngül yaralı 2 əsgər xəstəxanaya aparılıb.
İsrail qüvvələri Hizbullahın tank əleyhinə raket atış məntəqələrini hədəfə alıb.
Bəyanatda həmçinin bildirilib ki, bu gün səhər saatlarında Livan ərazisindən İsrail tərəfinə doğru iki atəş aşkar edilib və buna cavab olaraq İsrail qüvvələri tank və artilleriya atəşi ilə hücum yerini hədəf alıb.
Hizbullah Livanın cənubundakı İsrail hərbi məntəqəsinə hücum etdiyini açıqlayıb.