Çeçenistan rəhbəri Ramzan Kadırov övladları ana dilini bilməyən məmurları işdən çıxaracağına söz verib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə çeçen bilik yarışmasının final mərhələsində bildirib.
“Əgər görsəm ki, həmkarımın övladları öz ana dilini bilmirlər, onu dərhal komandamızdan xaric edəcəm, onunla bütün əlaqələri kəsəcəyəm, ilk növbədə valideynlər uşaqlara öz ana dilində danışmağı öyrətməlidirlər. Çeçen dilini bilən gənc nəsil olmasa, respublikanın gələcəyi olmayacaq”, – deyə Kadırov bildirib.
O qeyd edib ki, başqa dilləri də öyrənmək lazımdır, lakin ana dili prioritet olmalıdır. “Uşaqlar çeçen dilində düşünməyi dayandırır və bunsuz onlar çeçen ola bilməzlər” deyə Çeçenistan rəhbəri əlavə edib.