NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, HƏMAS ABŞ-ı İsraillə müharibə başa çatdıqdan sonra Qəzza zolağına kimin rəhbərlik edəcəyi ilə bağlı illüziyalara qapılmağı dayandırmağa çağırıb. Bu barədə Fələstin hərəkatının siyasi bürosunun üzvü Üsamə Həmdan Beyrutda mətbuat konfransı zamanı bildirib.
“Biz Prezident Baydenə və onun administrasiyasına deyirik: təcavüzdən sonra Qəzzada hökmranlıq haqqında illüziyalar barədə düşünməyi dayandırın. Xalqımız da müqavimətə qalib gələcək, bu, mübahisəyə predmeti deyil”, – deyə o bildirib.
Həmdan həmçinin qeyd edib ki, Vaşinqton İsrailin baş naziri Benyamin Netanyahu və onun məğlub ordusuna vaxt itirməməlidir.