Qəzza zolağında atəşkəs razılaşmasının mümkünlüyü açıqlandıbackend

Qəzza zolağında atəşkəs razılaşmasının mümkünlüyü açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, Yaxın vaxtlarda Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma əldə oluna bilər. Bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbəyə istinadən “Asharq” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatının saxladığı girovların bir qisminin azad edilməsi müqabilində hərbi əməliyyatların müvəqqəti dayandırılmasına razılaşıb. Humanitar fasilədən Fələstin anklavının sakinlərinə yardımın çatdırılması üçün də istifadə olunur.

Bundan əvvəl İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir demişdi ki, girovlar azad olunana qədər İsrail Qəzza zolağına humanitar yardım deyil, sadəcə “yüzlərlə ton hava qüvvələri partlayıcısı göndərməlidir. ”