NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Qəzza zolağında dünya təşkilatının sülhməramlı missiyasının formalaşdırılması imkanından danışmaq hələ tezdir. Onun sözlərini Reuters agentliyi yayıb.
“Hesab edirəm ki, bu cür söhbətlər etmək hələ tezdir”, o, mətbuat konfransı zamanı müvafiq sualı cavablandırıb.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi həmçinin əlavə edib ki, Fələstin anklavında BMT sülhməramlı qüvvələrinin yaradılması və yerləşdirilməsi İsrail hakimiyyəti ilə müzakirə olunmayıb.
Bundan bir qədər əvvəl Quterreş bildirmişdi ki, BMT-nin Qəzza zolağında mümkün soyqırımın qarşısını almaq üçün maliyyə və gücü yoxdur. Onun fikrincə, Qəzzadakı humanitar böhran artıq “bəşəriyyətin böhranı”na çevrilib.