Avropa İttifaqı (Aİ) qurumları insanların şəxsiyyətlərini, sürücülük vəsiqələrini, reseptlərini, biletini və bank hesabı məlumatlarını yükləyə biləcəyi rəqəmsal pul kisəsi yaratmağa razılaşıblar.
NOCOMMENT.az xəbər verir ki, Aİ Şurası smartfonlarda istifadə oluna bilən rəqəmsal pul kisələrinin buraxılması ilə bağlı üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən tənzimləmə ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Müvafiq olaraq, Aİ ölkələri öz vətəndaşlarına təhlükəsiz rəqəmsal pul kisələri təklif edəcəklər.
Rəqəmsal pul kisələri insanların öz ölkələrindəki şəxsiyyətləri ilə əlaqələndiriləcək və pul kisəsinə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, bank hesabı, resept, ixtisas sertifikatı və səyahət bileti əlavə edilə bilər.
NOCOMMENT.AZ