NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail hökuməti girovların azad edilməsi ilə bağlı Fələstinin Həmas hərəkatından heç bir konkret təklif almayıb. Bu barədə Yəhudi Dövlətinin prezidenti İsaak Hersoq NBC News-a müsahibəsində bildirib.
Belə ki, o, bir sıra KİV-lərin İsrail hakimiyyəti və HƏMAS-ın razılıq əldə etməyə yaxın ola biləcəyi xəbərlərini təkzib edib. Eyni zamanda, Hersoq belə optimist fərziyyələrin üçüncü tərəflərin bəyanatlarına görə yarandığını vurğulayıb.
“Həmas tərəfindən bu məsələ ilə bağlı real təklif yoxdur”, – deyə prezident bildirdi.
O əlavə edib ki, hazırda İsraildə girov məsələsi ilə məşğul olan minlərlə məmur var. Söhbət həm ordunun nümayəndələrindən, həm də müxtəlif nazirliklərin əməkdaşlarından gedir ki, insanların tez bir zamanda evlərinə qayıtması üçün tədbirlər görürlər.