NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) bir neçə yüksək rütbəli hərbçisi Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində 128-ci Dağ Hücum Briqadasının şəxsi heyətinin mükafatlandırılması mərasimi zamanı raket zərbəsi nəticəsində həlak olub. Bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, mərasim “qan gölünə çevrilib” və raket zərbəsi nəticəsində azı 19 hərbçi, o cümlədən bir neçə yüksək rütbəli zabit həlak olub.
Nəşr iddia edir ki, tədbirdə 100-ə yaxın hərbçi iştirak edib. Hadisə yerinə gələn həkimlər Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri belə bir şey görmədiklərini bildiriblər.