Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8-ci Fövqəladə İslam Zirvə toplantısında iştirak etmək üçün 11 noyabr 2023-cü il tarixində Ər-Riyada səfər edəcək .
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rabitə İdarəsindən açıqlama verilib.
Bildirilib ki, toplantının müzakirə mövzusu İsrailin işğal etdiyi Fələstin torpaqlarına, xüsusilə Qəzzaya və Fələstin xalqına qarşı hücumlarıdır.
Sammitdə İslam dünyası nümayəndələrinin baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparmaları planlaşdırılır.
Sammitin sessiyasında çıxış edəcək prezidentin iclas çərçivəsində iştirakçı liderlərlə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.