NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın cənubunda qəza nəticəsində elektrik xətləri və iki külək elektrik stansiyası müvəqqəti olaraq kəsilib, 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti Telegram-da məlumat yayıb.
“Cənub bölgəsində elektrik verilişi xətti kəsilib, iki külək elektrik stansiyası dayandırılıb”, – məlumatda deyilir.
Ukrayna Energetika Nazirliyinin məlumatına görə, ölkənin Kirovoqrad və Nikolayev vilayətlərində 1300-dən çox sakin işıqsız qalıb.Həmçinin respublikanın Sumı, Çerniqov, Dnepropetrovsk və Xarkov vilayətlərində də bəzi vətəndaşlar işıqsız qalıb.