Kiyevdə hava hücumu xəbərdarlığı elan edildibackend

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib. Bunu Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin onlayn yayımladığı “Xəbərdarlıq xəritəsi”nin məlumatları sübut edir.

Siqnal üç dəqiqə davam etdi – yerli vaxtla 18:45-dən 18:48-dək (Moskva ilə eyni).

Bundan əvvəl noyabrın 10-na keçən gecə Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilmişdi. Poltava, Nikolayev, Çerkassı və Kirovoqrad vilayətlərində, eləcə də Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson vilayətinin və Donetsk Xalq Respublikasının bəzi ərazilərində də sirena səsləri eşidilib.