İsrail ordusu Qəzza zolağında reanimasiya şöbəsini atəşə tutdubackend

İsrail ordusu Qəzza zolağında reanimasiya şöbəsini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti (PRCS) sosial media “X”  üzərindən İsrail əsgərlərinin Qəzza zolağında Əl-Qüds xəstəxanasının reanimasiya şöbəsinə atəş açdığını bildirib.

Təşkilatın bəyanatında deyilir: “İsrail işğalçı qüvvələri Əl-Qüds xəstəxanasının reanimasiya şöbəsinə atəş açıb.

Qızıl Aypara daha əvvəl İsrailin Qəzza zolağında Əl-Qüds xəstəxanasını atəşə tutması nəticəsində 20 nəfərin yaralandığını bildirmişdi.

Oktyabrın 20-də İsrail hakimiyyəti Qəzza zolağındakı Əl-Qüds xəstəxanasından insanları təxliyə etməyə çağırıb. Qızıl Ayparanın məlumatına görə, xəstəxanada tibb işçiləri ilə yanaşı, 400-dən çox xəstə və orada sığınacaq tapmış 12 minə yaxın köçkün mülki şəxs var idi.