NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) baş komandanı Hüseyn Səlami deyib ki, ABŞ İsraili xilas edə bilməyəcək və “mütləq yıxılacaq”. Bu barədə RİA Novosti məlumat yayıb.
Salaminin sözlərinə görə, İsrail HƏMAS əməliyyatı zamanı dağılmış kəşfiyyat divarıdır. Qüds “cinayət tarixi ilə yaşaya bilməz”.
“İsrailin çəkindirmə qabiliyyəti sarsıdılıb və Birləşmiş Ştatlar İsraili xilas edə bilməyəcək, o, mütləq yıxılacaq”, – Salami deyib.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrailin Fələstinin Həmas qruplaşması ilə müharibəsinin miqyası qaçılmaz olaraq artacaq.