NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, BMT Qəzza zolağına humanitar yardımın nəqlini əhəmiyyətli dərəcədə artırmağa hazırdır, lakin bu, əlavə keçid məntəqələrinin açılmasını tələb edir. Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, təşkilat humanitar yardımın tədarükünü artırmağa hazır olacaq və indiki sistem çox ağırdır, yük maşınları iki saat cənuba getməlidir, sonra onlar yoxlamalardan keçərək iki saat geriyə “Rəfah” keçid məntəqəsinə qayıdırlar.
Düjarrik bunun əmək tutumlu proses olduğunu və əlavə keçid məntəqələrinin açılmasının vəziyyətə kömək edəcəyini vurğulayıb.
Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun mətbuat katibi İsmayıl Haniyə Taher ən-Nun Qəzza zolağında humanitar atəşkəsə nail olmaq üzrə danışıqların davam etdiyini bildirib.