NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın qalalarına nəzarəti bərqərar etdiyini bildirib.
Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.