Braziliyalılardan İsrailə sərt reaksiyabackend

Braziliyalılardan İsrailə sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliyada yüzlərlə insan Fələstinə dəstək və İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün ABŞ Konsulluğuna yürüş etdi.

NOCOMMENT xəbər verir ki, Braziliyanın Rio de Janeyro şəhərində yüzlərlə fələstinli tərəfdarı əllərində Fələstin bayraqları ilə toplandı, İsrail və ABŞ bayraqlarını yandırdı. Braziliya polisi qruplaşmadan bəzi şəxsləri saxlamağa çalışarkən təhlükəsizlik qüvvələri ilə fəallar arasında qısamüddətli dava düşüb.

ABŞ Konsulluğuna yaxınlaşmaq istəyən nümayişçilərə polis müdaxilə edib və qrupu dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Camaat Fələstinə dəstək şüarları səsləndirərkən, İsrailin hücumlarına reaksiya verib.