İsrail daha əvvəl heç istifadə etmədiyi ABŞ-İsrail istehsalı olan Arrow-3 sistemini işə saldığını açıqlayıb.
İlk dəfə 2017-ci ildə yerləşdirilən Arrow-3 İsrailin hava hücumundan müdafiə şəbəkəsinin ən qabaqcıl vasitələrindən sayılır.
İsrail husilərin atdığı raketi dayandırmaq üçün ilk dəfə Arrow-3 sistemindən istifadə etdiyini təsdiqləyib.
Yəməndə İranın dəstəklədiyi Husi qruplaşması cümə axşamı İsraili ballistik raketlərlə bombalayıb. Bir aydan çoxdur Qəzzada dinc əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirən İsrail, yeni silahları ilə bu raket hücumuna müqavimət göstərib.