Səudiyyə Ərəbistanında Qəzza zirvəsi! Ərdoğan və Əsəd də iştirak edirbackend

Səudiyyə Ərəbistanında Qəzza zirvəsi! Ərdoğan və Əsəd də iştirak edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Ərdoğan Səudiyyə Ərəbistanında keçiriləcək Fövqəladə İslam Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Suriya prezidenti Bəşər Əsəd də sammitdə iştirak etmək üçün dünən axşam şəhərə ayaq basıb.

NOCOMMENT xəbər verir ki, bütün gözlərin üzərində olduğu sammitdə İsrailin Qəzzaya hücumları müzakirə olunacaq.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının rəhbərlik səviyyəsində birgə təşkil edəcəyi Fövqəladə İslam Sammitinə ev sahibliyi edir.