Netanyahu Qəzzaya nəzarəti Fələstin rəhbərliyinə verməkdən imtina edibbackend

Netanyahu Qəzzaya nəzarəti Fələstin rəhbərliyinə verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına nəzarətin Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Milli Administrasiyasına verilməsinə razı deyil. Bu barədə TASS məlumat yayıb.

Netanyahu qeyd edib ki, Abbas hələ də Fələstinin HƏMAS radikal qruplaşmasının hərəkətlərini pisləməyib. Baş nazirin sözlərinə görə, İsrail HƏMAS-ı məhv etməyi, Qəzza zolağını silahlardan məhrum etməyi və bu anklavda təhlükəsizlik nəzarətini həyata keçirmək hüququnu özündə saxlamağı planlaşdırır.

O, həmçinin bildirib ki, Qərb liderlərinə Yaxın Şərqdə atəşkəs çağırışlarına boyun əyməmək tövsiyə olunub.

Bir gün əvvəl Fələstin prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasını Fələstinin dünya təşkilatına tamhüquqlu üzvlüyünü təsdiqləməyə, həmçinin Qəzza zolağının bərpasına və fələstinlilərin hüquqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq sülh konfransı keçirməyə çağırıb. O, bunu İslam əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının Yaxın Şərq və Qəzzadakı vəziyyətə həsr olunmuş növbədənkənar birgə sammitində deyib.