Gəncə şəhər stadionunun söküntüsünə start verilib.
NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, Üç həftə öncə hasarlanan ərazidə artıq ağır texnikalar çalışır.
Prosesə tribunalardan başlanılıb. Xeyli sayda işçi qüvvəsinin cəlb olunduğu söküntünün ilkin mərhələsində meydançanın dörd bir tərəfinin daş və dəmir konstruksiyadan təmizlənməsi həyata keçiriləcək.
Daha sonra yaşıl sahənin özü qazılacaq və torpaq sahəsi 1 metrədək götürüləcək.
İşlər 1 il davam edəcək. Planda dəyişiklik olmasa, arena 2024-cü ilin dekabrında başa çatdırılacaq.
Gənclər və İdman Nazirliyinin balansındakı stadionun tikintisinin podratçısı Türkiyə şirkətidir.