Karantini pozan Nura Suri cəzalandırıldı – RƏSMİbackend

Karantini pozan Nura Suri cəzalandırıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT.az -a verilən məlumata görə, sürücü Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini paytaxt sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.

A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar.