İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən hündür vulkanı Etna dünən axşam saatlarında yenidən aktivləşib.
NOCOMMENT.az xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) verdiyi açıqlamaya görə , vulkan təxminən 4500 metr yüksəkliyə lava və kül səpib.
Adanın bir çox nöqtəsində müşahidə edilən vulkanik aktivliyin Kataniya hava limanında uçuşlara təsir etmədiyi öyrənilib.
3 min 357 metr hündürlüyü ilə dünyanın ən aktiv vulkanlarından biri olan Etna sonuncu dəfə avqust ayında aktivləşib və adanın şərqindəki Kataniya şəhərinə bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.