Hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlara növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib.
NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır:“Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.