Livandakı Hizbullah Hərəkatı İsrailə məxsus pilotsuz uçuş aparatını (PUA) sərhəddə raketlə vurduğunu açıqlayıb.
NOCOMMENT xəbər verir ki, Hizbullah 8 oktyabrdan bəri İsrail-Livan sərhədində baş verən hadisələrlə bağlı yazılı açıqlama verib.
Açıqlamada İsrailə məxsus “Elbit Hermes 450” tipli PUA-nın raketlə vurulduğu və PUA-nın Livanın Cəlil sərhəd bölgəsinə düşdüyü bildirilib.
Oktyabrın 8-dən etibarən İsrail qüvvələri ilə toqquşmalarda Hizbullah tərəfindən vurulan İsrail PUA-larının sayı 3-ə yüksəlib.