HƏMAS: Qanunvericilik Şurasının sədr müavini İsrailin parlament binasına hücumu nəticəsində həlak olubbackend

HƏMAS: Qanunvericilik Şurasının sədr müavini İsrailin parlament binasına hücumu nəticəsində həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Fələstin Qanunvericilik Şurasının sədr müavini Əhməd Bəhrin İsrailin Qəzzada parlament binasının bombalanması nəticəsində həyatını itirdiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı HƏMAS-ın Telegram hesabında açıqlama verilib.

Açıqlamada İsrailin Qəzzada parlament binasına hücumu nəticəsində yaralanan Bəhrin həyatını itirdiyi bildirilib.

Noyabrın 13-də İsrail ordusu Qəzza zolağında tam mühasirədə olan parlament binasını zəbt edərək havadan və qurudan hücumlarını davam etdirib, noyabrın 15-də isə partlayışla binanı dağıdıb.