NOCOMMENT.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Cəbəliyyədə məktəbə hücumu nəticəsində 200-ə yaxın adam həlak olub. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Al Hadath telekanalı aydınlaşdırıb ki, İsrail aviasiyası Fələstin anklavının şimalındakı Cəbəliyə şəhərindəki qaçqın düşərgəsindəki “Əl-Faxura” məktəbinin yaxınlığında zərbə endirib.
Jurnalistlər izah ediblər ki, bu təhsil müəssisəsi Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınları üzrə Agentliyi (BAPOR) tərəfindən idarə olunur. Bir çox dinc sakin bombardmandan qaçaraq onun ərazisinə sığınıb.
Münaqişənin şiddətlənməsinə qədər Cəbəliyədə 80 mindən çox insan yaşayırdı.