ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilibbackend

ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) vasitəsilə hücum edilib. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.

Jurnalistlər qeyd ediblər ki, baza Həsəkə şəhərinin qərbində, Tel əl-Beydarda yerləşir.

Bundan əvvəl “İraqın İslam Müqaviməti” ABŞ-ın Suriyadakı bazasına hücum edib. Təşkilatın məlumatına görə, hücum ABŞ-ın dəstəklədiyi “İsrail ordusunun Qəzza zolağında Fələstin xalqına qarşı cinayətlərinə” cavabdır.