NOCOMMENT.az xəbər verir ki, Ali Radanın deputatları bildiriblər ki, ABŞ-ın Ukrayna üçün ayrılmış mərmiləri İsrailə yönləndirmək qərarı Ukrayna Silahlı Qüvvələri üçün sursat çatışmazlığında özünü göstərir. Bu barədə Defence One məlumat yayıb.
“Vəziyyət kifayət qədər çətindir. Sursat çatışmazlığı ucbatından tərəfimizdən atılan ağır mərmilərin intensivliyi getdikcə azalır”, – məlumatda deyilir.
Eyni zamanda, deputat Alexandra Ustinova tez-tez cəbhəyə getdiyini, lakin indi oraya getməkdən qorxduğunu, çünki hərbçilərin “sözün həqiqi mənasında atəş açacaq bir şeyləri olmadığını” söylədi.