İsrailin bir neçə həftə ərzində Qəzza zolağının şimalını “təmizləmək” planları açıqlandıbackend

İsrailin bir neçə həftə ərzində Qəzza zolağının şimalını “təmizləmək” planları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Bir neçə həftə ərzində İsrail Qəzza zolağının şimalında təmizləmə əməliyyatı həyata keçirəcək. Bu barədə The New York Times məlumat yayıb.

“İsraildən olan həmkarları onlara (Amerika rəsmiləri) deyirlər ki, İsrail Qəzzanın cənubunda ayrıca təşəbbüs hazırlamadan və hücumu genişləndirməzdən əvvəl şimalda daha bir neçə həftə təmizləmə əməliyyatları keçirəcəklər”, – hesabatda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant İsrail qoşunlarının Qəzza şəhərinin qərb hissəsini “ələ keçirdiyini və təmizlədiyini” söylədi. Nazirin sözlərinə görə, İsrail müdafiə ordusu Qəzza zolağında əməliyyatın növbəti mərhələsinə keçir. O, Qəzza zolağına doğru irəlilədikcə İsrail hərbçilərinin Fələstin anklavında saxlanılan girovları azad etməyə yaxınlaşdıqlarını da söylədi.Qalant qeyd edib ki, bu, israilli girovların geri qaytarılma şansını artıracaq.