Birləşmiş Millətlər Təşkilatı Qəzzada atəşkəs elan olunarsa, humanitar yardımın daha təsirli şəkildə həyata keçirilə biləcəyini və bu istiqamətdə hazırlıqların aparıldığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, BMT-nin mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qəzzada atəşkəs mümkünlüyü ilə bağlı sualı cavablandıran Haq, bu mövzudan danışmaq üçün hələ tez olduğunu, lakin BMT-nin baş katibi Antonio Quterreşin əvvəldən humanitar atəşkəs tələb etdiyini xatırladıb.
Haq, “Müvafiq orqanlarla danışıqlar aparırıq. Əgər atəşkəs olarsa, humanitar yardımı çox daha təsirli şəkildə təmin edə bilərik”, – o deyib.