Hizbullah İsrailin hərbi fabrikini vurubbackend

Hizbullah İsrailin hərbi fabrikini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullahın İsrailin hərbi fabrikinə və iki hərbi məntəqəyə hücumlar təşkil etdiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Hizbullah,İsrail qüvvələrinə qarşı hücumlarla bağlı açıqlama verib.

Bildirilib ki, İsrailin Livanın Nəbatiya vilayətinin Kefur bölgəsindəki alüminium fabrikinə əvvəlki hücumuna cavab olaraq Hizbullah İsrailin Şlomi bölgəsində yerləşən müdafiə sənayesi şirkəti Rafaelin fabrikini raketlərlə hədəfə alıb.

Hücumdan sonra fabrikdə yanğın çıxdığı qeydə alınıb.

Hizbullah başqa bir açıqlamada İsrailin Beytül-Helil hərbi məntəqəsinin Katyuşa raketi ilə vurulduğunu, Avivim qəsəbəsində bir evdə olan əsgərlərin isə idarə olunan raketlə vurulduğunu açıqlayıb.