NOCOMMENT.az xəbər verir ki, ABŞ ordusu ABŞ hərbi bazasına növbəti hücuma cavab olaraq İraqdakı hava bazası yaxınlığında silahlılara zərbələr endirib. Bu barədə Amerika Müdafiə Nazirliyindəki mənbəyə istinadən Fox News telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hücum Amerikanın Əl-Əsəd aviabazasına edilib.
“İran qüvvələrinin bazaya çoxlu raket hücumu bazar ertəsi baş verib və kiçik xəsarətlər və kiçik infrastruktur ziyanı ilə nəticələnib”, – bəyanatda deyilir.
Qeyd olunur ki, ABŞ hərbçiləri Quru Qoşunlarını dəstəkləmək üçün silah və əlavə avadanlıqla təchiz olunmuş AC-130 təyyarəsindən istifadə ediblər. Həlak olanlar bölgədəki iranpərəst qüvvələri təmsil edən beşdən səkkizədək yaraqlı idi.